Redaksiya etikası

Jurnalın saytına daxil edilən e-poçt adları və ünvanları yalnız bu jurnal tərəfindən göstərilən məqsədlər üçün istifadə olunacaq və hər hansı digər məqsədlər üçün istifadə olunmayacaq və ya digər şəxslərə və təşkilatlara təqdim olunmayacaqdır.

Sumqayıt Dövlət Universitetinin "Elmi xəbərlər" jurnalının redaksiya heyəti aşağıdakı etik prinsipləri müəyyən edir:

Müəlliflər

ümumi qəbul olunmuş elmi hesabat standartlarına riayət edir;

plagiata və digər nəşrlərdə paralel dərc olunmağa yol verməyərək, original əsərləri təqdim edirlər;

göstərilən mənbələri təsdiq edirlər;

insan və ya heyvan üçün təhlükə yaratmayan tədqiqatların nəticələrini dərc edirlər;

maraqların toqquşması hallarını yaratmırlar;

lazım olduqda dərc olunan işlərdə əsas səhvləri düzəldirlər.

Aparıcı redaktorlar (redaksiya heyətinin üzvləri)

jurnalda dərc olunan hər şeyə görə məsuliyyət daşıyırlar;

kommersiya maraqlarından asılı olmayan ədalətli və qərəzsiz qərarlar qəbul etməyi və obyektiv resenziyalaşdırma prosesini təşkil etməyi öhdələrinə götürürlər;

müəllif qarşısında maksimum şəffaflıq və tam hesabatverməni təmin edən redaksiya siyasətini qəbul edirlər;

əsərlərin bütövlüyünü qorumaq, zəruri hallarda düzəliş etmək və əlyazmalarının tədqiqat və ya nəşriyyat etikasına uyğun gəlməyən şəxslərinə elmi-tədqiqat işlərindən  əsaslandırılmış imtina cavabı verirlər;

üçüncü şəxslərin hüquqlarını materialların icazəsiz istifadəsindən qoruyurlar;

maraqların redaksiya münaqişələrini tənzimləyirlər;

insanlar və heyvanlar üçün təhlükəsiz olan  tədqiqatları nəşr edirlər;

müəlliflərin və rəyçilərin məlumatlandırılmasını təmin edirlər.

Rəyçilər

redaksiya siyasətinin formalaşdırılmasında iştirak edirlər;

məqalələrin resenziyalaşdırılması və qiymətləndirmələrin məxfiliyinə riayət edirlər;

obyektiv və qərəzsiz rəy formalaşdırırlar, zərurət yarandıqda isə rəyləri mənbəyə istinadla təsdiqləyirlər;

maraqların toqquşması vəziyyətini izləyir və qarşısını alırlar.

 

Naşir (Sumqayıt Dövlət Universiteti)

reklamın, nəşrin və ya digər kommersiya maraqlarının redaksiyanın qərarlarına təsir etməməsinə çalışır.



ƏLAQƏ VASİTƏLƏRİ
Sumqayıt, Azərbaycan
43-cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
email: ssu@ssu-scientificnews.edu.az
KEÇİDLƏR