Jurnal haqqında

Sumqayıt Dövlət Universitetinin Elmi xəbərlər jurnalı ildə 4 dəfə, iki bölmə üzrə dərc olunur.

Məqalələr toplularından fərqli olaraq, jurnal daimi sayda səhifələrə, formata və hətta çəkiyə malik olmalıdır, buna görə də nömrədə olan məqalələrin sayı verilən həcmlə müəyyən edilir. Məqalələr beynəlxalq qaydalara uyğun olaraq, təşkil edilən resenziyadan sonra daxilolma ardıcıllığı ilə dərc edilir. Hər bir məqalə jurnalların nəşrində böyük təcrübəyə malik olan ən azı iki yüksəkixtisaslı mütəxəssis tərəfindən nəzərdən keçirilir.

Sosial və humanitar elmlər bölməsi

“Elmi xəbərlər”  jurnalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.07.2004-cü il tarixli, 46-16-3547/17 saylı əmrinə əsasən nəşr edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi nəşrlər siyahısına daxil edilmişdir.

Təbiət və texniki elmlər bölməsi

“Elmi xəbərlər”  jurnalı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.10.2000-ci il tarixli,  991 saylı əmrinə əsasən nəşr edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə elmi nəşrlər siyahısına daxil edilmişdir.

 



ƏLAQƏ VASİTƏLƏRİ
Sumqayıt, Azərbaycan
43-cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
email: ssu@ssu-scientificnews.edu.az
KEÇİDLƏR